NSO Group

NSO Group
NSO Group
Ümumi məlumatlar
Tipi özəl şirkət[d]
Sənaye Texnologiya
Məhsulu Pegasus
Təsis tarixi 25 yanvar 2010[1]
Baş qərargahın yeri Herzliya, İsrail
İqtisadi göstəriciləri
Ümumi gəliri US$ 243 milyon
Əməliyyat mənfəəti US$ 99 milyon
Struktur
İşçi sayı 750 (2021)
Rəhbərlik
Təsisçi
  • Omri Lavie
  • Shalev Hulio
  • Niv Karmi
Rəhbərlik Yaron Shohat
nsogroup.com

NSO Group Technologies (NSO, şirkətin təsisçilərinin adları olan Niv, Şalev və Omri götürülmüşdür) İsrail kiber-kəşfiyyat şirkətidir. Şirkət smartfonlara sıfır kliklə uzaqdan nəzarət edə bilən xüsusi casus proqramı olan Pegasus ilə tanınır. 2017-ci ilə qədər şirkətdə təxminən 500 nəfər işlədiyi qeyd olunur

NSO, bir neçə hökuməti terror və cinayətlə mübarizə aparmağa kömək edən texnologiya ilə təmin etdiyini iddia edir.[2] Şirkət yalnız xüsusi dövlət orqanları ilə əməkdaşlıq etdiyini qeyd edir. Pegasus casus proqramı İsrail tərəfindən silah kimi təsnif edilir və satışı və ixracı yalnız hökumət ilə razılaşma olduqdan sonra həyata keçirilir.

Bir sıra məlumatlara görə, NSO Group casus proqram təminatı müxtəlif ölkələrdə insan haqları fəallarınıjurnalistləri hədəf almaq üçün istifadə edilib,[3] Pakistana qarşı dövlət casusluğu üçün, İsrail vətəndaşlarına qarşı icazəsiz daxili nəzarət üçün istifadə edilib. İsrail polisi [4] və səudiyyəli dissident Camal Qaşıqçının Səudiyyə hökumətinin agentləri tərəfindən öldürülməsində rol oynayıb.[5]

2019-cu ildə ani mesajlaşma şirkəti WhatsApp və onun ana şirkəti Meta Platforms (o zaman Facebook kimi tanınırdı) ABŞ-nin Kompüter Fırıldaqlığı və Sui-istifadə Aktı çərçivəsində NSO-nu məhkəməyə verdiyi mətbuatda qeyd olunur.[2] 2021-ci ildə Apple ABŞ-də NSO-ya qarşı məhkəmə iddiası qaldırmışdır [6] və ABŞ NSO Qrupunu ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasət maraqlarına zidd fəaliyyət göstərdiyinə görə öz qara siyahısına daxil etdi və ABŞ şirkətlərinə NSO məhsullarını qadağan etmişdir.[7]

  1. OpenCorporates (ing.). 2010.
  2. 1 2 Fox-Brewster. "Everything We Know About NSO Group: The Professional Spies Who Hacked iPhones With A Single Text". Forbes. August 25, 2016. 2016-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-25.
  3. Franceschi-Bicchierai. "Government Hackers Caught Using Unprecedented iPhone Spy Tool". VICE Magazine. August 25, 2016. 2017-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-25.
  4. Ganon. "Israel police uses NSO's Pegasus to spy on citizens". CTECH - www.calcalistech.com. 2022-01-18. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-01.
  5. Falconer. "Israeli firm won't say if it sold Saudis spyware linked to Khashoggi killing". Axios (ingilis). 2019-03-24. 2019-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-09.
  6. Kirchgaessner. "Apple sues Israeli spyware firm NSO Group for surveillance of users". The Guardian (ingilis). 2021-11-23. 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23.
  7. "US Blacklists Israeli Spyware Company NSO Group". Daily News Brief (ingilis). 2021-11-03. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-03.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne